Press "Enter" to skip to content

Bəstəkar Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası

Bayraqdar.info – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Azərbaycanın görkəmli bəstəkarı Cahangir Cahangirovun 100 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən bildirilib.

Xəbərdə deyilir ki, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Poçt markası 5 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Markanın müəllifi rəssam Vüqar Əyyubovdur.

Nazirlik bildirir ki, poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.

Mission News Theme by Compete Themes.