Press "Enter" to skip to content

Azad edilən ərazilərdə mühəndis işləri davam etdirilir – VİDEO

Bayraqdar.info – Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək və infrastrukturu bərpa etmək  məqsədi ilə Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti həyata keçirilir.

Xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

“Kəlbəcərin İstisu yaşayış məntəqəsindən Laçının Minkənd yaşayış məntəqəsinə, eləcə də dövlət sərhədi boyunca digər istiqamətlərdə ümumilikdə 580 km-dən çox torpaq örtüklü yollar inşa edilib. Qoşunların qış aylarında dağlıq ərazilərdə təhlükəsiz hərəkət etməsi üçün yolların işarələnməsi və qar çubuqlarının qurulması başa çatdırılıb.

“Azad edilən ərazilərdə infrastrukturun bərpa olunması məqsədilə həyata keçirilən zəruri tədbirlər davam etdirilir.” Xəbərdə belə bildirilir.

Mission News Theme by Compete Themes.