Son yeniləmə: 28 Oktyabr 2021 19:02
Bayraqdar.info – Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə 8-20 yaşadək oğlan və qızlar arasında oktyabrın 15-21 aralığında şahmat üzrə hibrid formatda Avropa birinciliyi keçirilib.
Xəbər bayraqdar.info-ya oktyabrın 26-da Təhsil Nazirliyindən verilib.
““Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər uşaq-gənclər idman-şahmat məktəbinin yetirmələri Uğur İlyaslı 18 yaşlı oğlanlar, Ayan Allahverdiyeva 16 yaşadək qızlar arasında 7.5 xal toplayaraq Avropa çempionu adını qazanıblar.
“Həmçinin, Mərkəzin Sumqayıt məktəbinin şagirdi Mələk İsmayıl 18 yaşlı qızlar arasında 7 xal toplayaraq Avropa birinciliyinin gümüş, Mərkəzin Gəncə idman-şahmat məktəbinin yetirməsi Səadət Bəşirli 10 yaşadək qızlar arasında 6.5 xal toplayaraq bürünc mükafatına layiq görülüblər”, – deyə xəbərdə bildirilir.