Bayraqdar.info – Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Bu barədə məlumatı Prezidentin Mətbuat xidməti yayıb.
“Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.
“Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.
“Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular”, – deyə məlumatda bildirilir.