Press "Enter" to skip to content

Emin Həsənli: Azərbaycanın bütün qonşuları ilə sərhədləri çox yüksək səviyyədə mühafizə olunur

Emin Həsənli

Bayraqdar.info – “44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycan işğaldan azad edilmiş torpaqlarda böyük quruculuq-abadlıq işlərinə başlayıb. Ümumiyyətlə, Vətən müharibəsində tarixi nəticə əldə edən Azərbaycan dövləti həmin ərazilərdə quruculuq-abadlıq işləri istiqamətində də qısa zamanda çox böyük möcüzələrə imza atıb. Həm işğaldan azad edilmiş ərazilər minalardan təmizlənib, həm də həmin ərazilərdə genişmiqyaslı işləri görülüb. Məlum olduğu kimi, bu ərazilərə yeni yollar çəkilir və digər ifrastruktur qurulur. Artıq Füzulidə hava limanı istifadəyə verilib, Zəngilan və Laçında da hava limanı tikiləcək. Zəngilanda böyük qəsəbə tikilir. Bu siyahını uzatmaq da olar. Ancaq bunlar da kifayət edir ki, Azərbaycan dövlətinin qətiyyətini və quruculq əzmini nümayiş etdirsin”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Müsahibimiz həmçinin bildirib ki, işğaldan azad olunmuş ərazilərdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər də davam etdirilir: “İranla 132 kilometrlik sərhədimiz bərpa olunub. Orada artıq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları günün nizam qaydalarına uyğun olaraq öz xidmətlərini aparırlar. Hərbi kazarmalar tikilib, hərbi zastavalarımzı var. Müdafiə Nazirliyinin hərbi hissələri açılıb. Bəlli olduğu kimi Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər. Bu hərbi hissə Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edir. Orada sərhədlərimizin etibarlı qorunması üçün, xidmətdə olan hərbi qulluqçularımız üçün hər bir şərait yaradılıb. Həm tikinti-quruculuq işləri yüksək səviyyədə həyata keçirilib, həm ora müasir silahlarla, döyüş texnikası ilə təmin edilib, həm də şəxsi heyətin asudə vaxtının səmərəli keçiriləməsi, yaşayışı, sağlamlığı üçün lazım olan bütün şərait yaradılıb. Bu özü onu göstərir ki, Azərbaycan qüdrətli dövlətdir, onun güclü iqtisadiyyatı var. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr qısa bir zamanda həyata keçirilir. Quruculuq-abadlıq işləri aparılır və sərhədlərimiz çox etibarlı əllərdədir. Yəni, artıq Azərbaycan bütün qonşuları ilə sərhədləri çox yüksək səviyyədə mühafizə olunur və sərhədlərimizdəki hərbi hissələr müasir silah sistemləri ilə təhciz edilib”.

E.Həsənlinin sözlərinə görə, ümumiyytlə ölkəmizdə ordunun silahlanması və təhcizatı ən yüksək səviyyədə təmin edilib: “Bu da eyni zamanda Azərbaycanın hərbi qüdrətindən xəbər verir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusu həm döyüş ruhu, döyüş qabilləyətinə, həm də maddi-texniki bazası baxımından dünyada müsbət mənada fərqlənir. Azərbaycan dünyanın az-az ölklərindən biridir ki, öz sərhədlərini öz ordusu qoruyur. Azərbaycan həm iqtisadi, həm enerji, həm də ordu quruculuğu baxımından müstəqil siyasət həyata keçirir. Bu dünyanın az-az ölkəsinə xas olan bir xüsusiyyətdir. Bu, Ulu öndər Heydər Əliyevin başladığı yoldur. Müstəqillik yoludur və bu yolu cənab Prezident uğurla, yüksək səviyyədə davam etdirir”.

Mission News Theme by Compete Themes.