Press "Enter" to skip to content

1300-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

Bu barədə bayraqdar.info-ya oktyabrın 26-da ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, cari ilin ötən dövründə proqrama 1300-ə yaxın əlilliyi olan şəxs cəlb edilib. Onlar üçün təlimlər təşkil olunub, təlimlərdə kiçik biznesin təşkili və idarə edilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.

Həmin şəxslər proqram çərçivəsində seçdikləri sahələr üzrə mal və materiallarla təmin olunaraq öz təsərrüfatlarını qurub.

Hazırda da özünüməşğulluq proqramının icrası, xüsusilə həssas qruplardan olan işsiz şəxslərin proqrama cəlb olunması, onlar üçün təlimlərin təşkili işləri davam edir.

Mission News Theme by Compete Themes.