Press "Enter" to skip to content

Tələbələrə “Şahid Dindirmə Müsabiqəsinin” təlimi keçirilib

Son yeniləmə: 28 Oktyabr 2021 18:18

Bayraqdar.info – Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) “Şahid Dindirmə Müsabiqəsinin” hazırlıq (təlim) mərhələsi keçirilib.

Xəbər bayraqdar.info-ya Baş Prokuroluğun Mətbuat xidmətindən daxil olub.

“Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq onlarda cinayət, cinayət-prosessual sahəsində hüquqi biliklərin artması məqsədilə Baş Prokurorluq tərəfindən tədbirlər davam edir. Praktiki bacarıqların formalaşması, eləcə də prokurorluq orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Şahid Dindirmə Müsabiqəsinin” hazırlıq (təlim) mərhələsi keçirilib. Tədbir Baş Prokurorluq və ELSA-nın Bakı İB tərəfindən təşkil olunub.

““Şahidi dindirmə prosesi” mövzusunda təşkil edilən təlimdə dinləyici qismində Bakı Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası və ADA Universitetinin hüquq fakültələrində təhsil alan tələbələr iştirak ediblər.

“Təlim zamanı müvafiq sahələr üzrə ixtisaslaşmış və təcrübəsi olan Baş Prokurorluğun əməkdaşları tərəfindən dinləyicilərə təlimlər keçirilib və onları maraqlandıran suallar cavablandırılıb.

“Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar verilmiş, təlimçilərə isə təşəkkürnamə təqdim olunub”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.