Press "Enter" to skip to content

Qırğızıstanla Azərbaycan vacib tərəfdaş ölkələrdir

Bayraqdar.info – Oktyabrın 25-də Qırğızıstan Prezidenti Sadır Caparov Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovu missiyasının başa çatması münasibətilə qəbul edib.

Bu haqda xəbər bayraqdar.info-ya Prezidentin Administrasiyasından daxil olub.

Qeyd edilir ki, görüşdə ikitərəfli aktual məsələlər müzakirə edilib.

S.Caparov bildirib ki, Azərbaycan onun ölkəsi üçün vacib tərəfdaşdır və iki ölkə arasındakı münasibətlər möhkəm dostluq və qardaşlıq üzərində qurulub. Bu isə ümumi tarix, dil, mənəvi və dini dəyərlərin birgəliyindən irəli gəlir.

Prezident H.Orucova cansağlığı və uğurlar diləyib, ondan Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı rica edib.

Mission News Theme by Compete Themes.