Press "Enter" to skip to content

Prezidentdən Qubadlının Baş planı ilə bağlı Sərəncam

Son yeniləmə: 3 Noyabr 2021 18:05

Bayraqdar.info – Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bu barədə oktyabrın 25-də Prezidentin Mətbuat xidməti məlumat yayıb.

“Sərəncamla Qubadlı şəhərinin Baş planının hazırlanması üçün 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.

“Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.