Press "Enter" to skip to content

İtaliya mətbuatından Azərbaycana böyük diqqət

Son yeniləmə: 28 Oktyabr 2021 18:20

Bayraqdar.info – İtaliya Senatının “Sala Caduti di Nassirya” mətbuat konfransı zalında “Azərbaycan Respublikası müstəqilliyin bərpasından 30 il sonra” adlı keçirilmiş mətbuat konfransı bu ölkənin mətbuatında geniş işiqlandırılıb.

Bu barədə bayarqdar.info-ya oktyabrın 25-də Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

“Mətbuat konfransında İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri senator Vito Petroçelli, İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri senator Stefano Luçidi, İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi, həmin Assosiasiyasının sədr-müavini senator Maria Rizzotti və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin səsləndirdiyi fikirlər ilə bağlı İtaliya mətubatında çoxsaylı məlumatlar dərc olunub” deyə, məlumatda vurğulanıb.

Bildirilib ki, İtaliyanın Askanews xəbər agentliyinin həmin mətbuat konfransı ilə bağlı yaydığı video və yazılı reportajlar İtaliyanın İl Sole 24 Ore, İl Giornale dell’Italia, İl Tempo, Libero Quotidiano, Today, Quotidiano Nazionale, MSN, NotzieTiscali, Notizie Yahoo, Finance Yahoo, Timgate, Virgilio və digər kütləvi informasiya vasitələri tərəfindəndə yayımlanıb.

Radio Radicale radiosunun internet saytında mətbuat konfransının videoyazısı yerləşdirilib. Agenzia Nova xəbər agentliyi və həmin agentliyə bağlı Nova Newssaytı, habelə Kmetro və Giornale Diplomatico kimi mətbuat orqanları mətbuat konfransında natiqlərin fikirlərini və Azərbaycan səfirliyinin mətbuat konfransının yekunlarına dair mətbuat açıqlamasını dərc ediblər.

Mətbuat konfransı, habelə İtaliya mətbuatı ilə yanaşı, İtaliya Senatının televiziya kanalı və sosial şəbəkə profilləri ilə də canlı olaraq yayımlanıb.

Mission News Theme by Compete Themes.