Press "Enter" to skip to content

Azərbaycanlı rəssamın əsəri Florensiyadakı beynəlxalq rəsm sərgisində

Son yeniləmə: 3 Noyabr 2021 18:12

Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İtaliyada yaşayan azərbaycanlı rəssam Elay Məmmədov ölkəmizi Florensiyada keçirilən XIII beynəlxalq rəsm sərgisində təmsil edib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 24-də Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, məşhur Fortezza Da Basso qalereyasında təşkil edilən sərginin açılış mərasimdə Florensiyanın rəsmi şəxsləri və tanınmış incəsənət nümayəndələri iştirak ediblər.

Sərgidə 40-dan artıq ölkənin 460 rəssamının 1000-ə yaxın əsəri təqdim olunub. Onların arasında Elay Məmmədovun gizli üslubda yağlı boya ilə çəkdiyi “Domesticated Red” əsəri nümayiş edilib. Fəlsəfi təxəyyülün məhsulu olan əsər sərgi ziyarətçilərində böyük maraq doğurub.

Sərgi oktyabrın 31-də başa çatacaq. Soydaşımıza media dəstəyini Neapol-Bakı Assosiasiyası göstərib.
Qeyd edilib ki, Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu olan Elay Məmmədovun digər əsəri oktyabrın 28-dən Torino beynəlxalq sərgisində nümayiş olunacaq.

Mission News Theme by Compete Themes.