Son yeniləmə: 24 Oktyabr 2021 19:18
Bayraqdar.info – Ankarada “Azərbaycan-İran gərginliyi və Türkiyənin mövqeyi” mövzusunda konfrans keçirilib.
Bu barədə bayraqdar.info-ya Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda, Mərkəzi Şura üzvü olan Məcid Araz məlumat verib.
Bildirilib ki, konfrans HürTürk Platformu, Azərbaycan Milli Dirəniş Təşkilatı və Sahipqıran Strateji Araşdırmalar Mərkəzinin (SASAM) təşkilatçılığı ilə baş tutub. Tədbirə hər üç təşkilatın rəsmiləri ilə yanaşı çoxlu sayda tələbələr də qatılıb.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayan konfransda HürTürk Platformunun başqanı Gökşen Ulukuş açılış çıxışı edib.
Daha sonra isə SASAM başqanı Mesut Emre Karakösenin “Tarixi zəmində İran-Azərbaycan- Türkiyə əlaqələri”, beynəlxalq əlaqələr üzrə ekspert Bekir Ali Yükselin “İkinci Qarabağ savaşı və münaribədən sonrakı proseslər” və Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi Məcid Arazın “İran prizmasından Azərbaycan və Türkiyə ittifaqı məsələsi” mövzularında məruzələri dinlənilib.
Çıxış və məruzlərədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi zəfərdən bəhs edilib. İranın son davranışları fonunda təhdid siyasətinin regiondakı sabitliyə zərər verdiyi qeyd edilib. Həmçinin, Qarabağ zəfərinin və Bakıdakı zəfər törənin Azərbaycanla Türkiyəni bir-birinə daha da yaxınlaşdırdığı bildirilib.