Press "Enter" to skip to content

Polisə kəllə atan sabiq deputatın işi məhkəmədə

Eldəniz Səlimov

Bayraqdar.info – Baş Prokurorluğun Mətbuat xidmətinin verdiyi məlumata görə, Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi yekunlaşaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Prokurorluğun məlumatında bildrilir ki, sabiq deputat 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində “Starıy Dvor” restoranında xidməti vəzifələrinin icra edən polis əməkdaşına zor tətbiq edib. E.Səlimov öz qohumuna məxsus olan restoranda Xaçmaz RPİ -nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirib. O, Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlədərək onun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub.

Bununla da keçmiş deputatın polisin sağlamlığına yüngül zərər vurmaqla ona bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə açılan cinayət işinin istintaqı yekunlaşıb.

Xatırladaq ki, təqsirləndirilən şəxs qismində cəlb edilən keçmiş deputat E.Səlimov barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Mission News Theme by Compete Themes.