Press "Enter" to skip to content

BNA xəbərdarlıq etdi

Son yeniləmə: 3 Noyabr 2021 18:17

Bayraqdar.info – Bakı Nəqliyyat Agentliyi rəsmi sosial media hesablarına izləyicilər tərəfindən ən çox şikayət olunan marşrut xətlərini müəyyən edib. Sosial şəbəkə izləyiciləri daha çox “Faiqoğlu” MMC, “Çinar Trans” MMC, “Grand Bus” MMC, “Ayşən LTD” MMC, “BMH” MMC və Şidli-A.İ” MMC-nin müvəqqəti istismarında olan marşrut xətləri üzrə sərnişindaşımaların vəziyyətindən şikayət edib.

Bu barədə bayraqdar.info-ya BNA-dan xəbər daxil olub.

“Qeyd edək ki, sözügedən müntəzəm marşrutların müvəqqəti istismarçılarına fəaliyyətlərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması ilə bağlı son xəbərdarlıq edilib”, – deyə xəbərdə bildirilir.

Xəbərə sözardı: Dəfələrlə bu məsələyə toxunsaq da, BNA-ya yazıb bildirsək də, 96 saylı marşutun çirki-pası təmizlənmir ki, təmizlənmir. Adıçəkilən marşrut hərəkətdə olarkən çıxardığı simfonik orkestr səsləri, cırıltı, uğultu və ulartı avtobusun keçdiyi bütün ərazidə eşidilir. Hələ 96-ların oturacaqlarındakı çirk, kir parıltısı, döşəməsindəki natəmizlik, yamaq kimi vurulan dəmir parçalarını da əlavə etsək, ümumi mənzərə göz önünə gələr. Ümid edirik ki, marşrutu istismar edən firma bu marşrutlara bir əncam çəkəcək.

Mission News Theme by Compete Themes.