Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin yanvar-sentyabr aylarında 343 min 469 vətəndaşın qəbulu həyata keçirilib.
Bu barədə bayraqdar.info-ya oktyabrın 23-də ƏƏSMN-dən məlumat verilib.
Qeyd edilib ki, onlardan 2 min 366-sı Nazirliyin və qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən (videoformatda), 341 min 103-ü Nazirliyin və qurumlarının qəbul mərkəzlərində, DOST Mərkəzlərində qəbul edilib.
Bundan başqa bu ilin 9 ayında Nazirlik üzrə yazılı və e-qaydada edilmiş 960 min 223 vətəndaş müraciətinin cavablandırılması təmin edilib. Müraciətlərin 313 min 215-i Nazirlik və qurumları tərəfindən, 594 min 762-si 142-Çağrı Mərkəzi vasitəsilə, 52 min 246-sı isə sosial şəbəkələr üzərindən cavablandırılıb.
Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.