Press "Enter" to skip to content

“İrəli” təcrübə proqramına başlayır

Bayraqdar.info – “İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, professional iş mühitinə hazırlığı və yeni praktiki bilik-bacarıqlar qazanmasına dəstək olmaq məqsədilə 2021-ci il üzrə ikinci dəfə təcrübə proqramına başlayır.

Bu barədə bayraqdar.info-ya oktyabrın 22-də İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, 3 ay müddətində davam edəcək proqramda gənclər İnsan resursları katibliyi, Mətbuat katibliyi, Beynəlxalq əlaqələr katibliyi və Layihələrlə iş katibliyi üzrə seçdikləri sahədə yeni bilik və bacarıqlar əldə edəcəklər. Həmçinin Birliyin gördüyü işlərdə yaxından iştirak edərək ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının iş strukturu, gənclərlə işin prinsipləri, “Soft Skills”, ünsiyyət bacarıqları, korporativ etik kodeks, təlimçilik, qərar qəbul edilməsi, tənqidi düşüncə, layihələrin yazılması və idarə olunması, layihə büdcələrinin hazırlanması prosesləri ilə daha yaxından tanış olacaqlar.

Təcrübə proqramına 17-25 yaş aralığında, işində yüksək motivasiyalı, təşəbbüskar və komanda ilə işləmək bacarığına malik olan gənclər müraciət edə bilərlər.

Təcrübə proqramına seçilən gənclərin seçim prosesi müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq, 3 ay müddətində davam edəcək proqramını uğurla başa vurmuş gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

Təcrübə proqramı üzrə müraciətlər onlayn formatda həyata keçirilir.

Qeydiyyat üçün son gün 26 oktyabr 2021-ci il 18:00

QEYD: Təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçirilir.

Ətraflı məlumat və qeydiyyat üçün aşağıdaki linkə keçid edə bilərsiniz: https://ireli.az/irelintern/

Mission News Theme by Compete Themes.