Bayraqdar.info – Bu ilin yanvar-sentyabr aylarında108 min nəfərdən çox şəxsə sosial ödənişlərin elektron qaydada təyinatı aparılıb.
Bu barədə bayraqdar.info-ya oktyabrın 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bununla da, 19 min nəfərdən çox şəxsə pensiyalar, 89 min nəfərdən çox şəxsə isə müavinət və təqaüd təyin olunub.