Bayraqdar.info – “Bu səfər proqramında Bakı yoxdur. Amma inşallah Füzuli Beynəlxalq Hava Limanını açırıq. Bununla əlaqədar olaraq qardaşım İlham Əliyevlə də danışdıq”.
Bunu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan oktyabrın 26-da Azərbaycana gözlənilən səfəri ilə bağlı Türkiyənin media təmsilçilərinə açıqlamasında bildirib. Türkiyə Cümhurbaşqanı həmin gün hava limanı ilə yanaşı, oradakı bir neçə avtomobil yolunun və kənd təsərrüfatı ilə bağlı bəzi layihələrin açılışını da edəcəklərini deyib.
Anadolu Agentliyinin məlumatına görə, Afrika səfərindən qayıdarkən təyyarədə jurnlaistlərin suallarını cavablandıran R.T.Erdoğan regionla bağlı digər önəmli mesajlar da verib.
Belə ki, Cümhurbaşqanı Türkiyənin Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyinin dəyizməz olaraq qaldığını deyib.
“Yeri gəlmişkən, bizim minatəmizləyən maşınlardan Azərbaycana verdik və yenə də verəcəyik. Onlar da çox yüksək qiymətləndirilir” deyə, Türkiyə Cümhurbaşqanı əlavə edib.