Bayraqdar.info – “Tut əlimdən” layihəsi üzrə oktyabrın 21-də saat 18.30-da AzTV-də yayımlanacaq növbəti verilişdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və şəhid Rəhim Hüseynovun övladları Hikmət və Rüfətin birgə keçirdikləri bir gün təqdim ediləcək.
Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, ƏƏSMN və AzTV-nin “Tut əlimdən” layihəsi çərçivəsində rəhbər vəzifəli, tanınmış şəxslər bir gününü şəhid övladları ilə keçirir. Onların asudə vaxtını mənalı keçirmələrinə dəstək olur, qayğılarını bölüşür.
Layihənin məqsədi şəhidlərin övladlarının daim diqqət və qayğı əhatəsində olduqları mesajını cəmiyyətə çatdırmaqdır.