Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı da “erkən seçim” dedi

Bayraqdar.info – “Hökumət qurmaq səlahiyyətini kiməsə verməyi düşünmürəm. Çünki hazırda kimsənin 26 millət vəkilinin dəstəyini qazanaraq hökumət qura biləcəyi qənaətində deyiləm”.

Bunun Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar parlamentdəki partiya təmsilçiləri ilə iki gün ərzində keçirdiyi görüşlərdən sonra deyib.

KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, hökumətin istefasından sonra yeni hökumətin qurulub -qurulmayacağını dəyərləndirmək üçün siyasi partiyalarla danışıqlarını davam etdirən E.Tatar sonra mediaya açıqlama verib.

Məlumatda deyilir ki, E.Tatar hökuməti qurmaq səlahiyyətini heç bir partiyaya həvalə etmək fikrində olmadığını deyib. KKTC Cümhurbaşqanı Məclisdə konsensusa gəlinib seçki ilə bağlı qərar qəbul ediləcəyinə ümid etdiyini bildirib.

E.Tatar seçkilərin ən doğru şəkildə keçirilməsinin ölkənin xeyrinə olduğunu ifadə edib. O, Konstitusiyaya istinad edərək 60 gün ərzində hökumətin formalaşdırıla bilməyəcəyi təqdirdə Cümhurbaşqanının növbədənkənar seçkinin vaxtının müəyyən edilməsi istiqamətində Məclisə təklif verə biləcəyini deyib: “Seçkilərin düzgün şəkildə keçirilməsi ölkənin xeyrinədir. Parlamentin seçim tarixini təyin etməsi mənim də seçimimdir. Əsas olan xalqa xidmət etmək və hökumətin bu prosesi ən yaxşı şəkildə idarə etməsidir ”.

Mission News Theme by Compete Themes.