Press "Enter" to skip to content

Ersin Tatar Türkiyəyə səfərə gedir

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar bu gün Türkiyəyə səfərə gedir.

Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Bildirilib ki, E.Tatar bu gün saat 12-də Ankara Sosial Elmlər Universiteti Bölgə Araşdırmaları İnstitutunun təşkil edəcəyi “Kıbrıs türkünün var olmaq mübarizəsi” mövzusunda konfransa qatılacaq. Tələbə və akademiklərin iştirak edəcəyi konfransda E.Tatar geniş məruzə edəcək.

KKTC Cümhurbaşqanı bu gün axşam saatlarında isə Avrasiya İqtisadi Əlaqələr Dərnəyi tərəfindən keçiriləcək Avrasiya Xidmət Mükafatları tədbirinə qatılacaq. Tədbir Ankara rəsim və heykəl muzeyində baş tutacaq.

Məlumat üçün bildirək ki, E.Tatar Türkiyəyə səfəri çərçivəsində həmçinin 22-24 oktyabr tarixlərində İstanbulda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Keneşi) Media Forumunda da iştirak və çıxış edəcək.

Mission News Theme by Compete Themes.