Bayraqdar.info – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Bu barədə məlumat bayraqdar.info-ya Baş Prokurorluqdan daxil olub.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə məlum olub ki, M.Ələkbərov həmin dövrdə YAP Binəqədi rayon təşkilatının sədri olmuş Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri «azadinfo.az» xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yayıb. Daha sonra onun R.Göyüşovdan bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr yaranıb.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında M.Ələkbərova CM-nin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.