Bayraqdar.info – Oktyabrın 29-da saat 16:00-da təhsil naziri Emin Əmrullayev Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Bu barədə oktyabrın 20-də bayraqdar.info-ya Təhsil Nazirliyindən xəbər verilib.
“Qeyd olunan bölgələrin sakinləri 20-27 oktyabr (saat 18:00-dək) tarixlərində Nazirliyin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna əng etməklə və ya elektron müraciət (https://portal.edu.az; https://edu.gov.az/az/contact) ünvanlamaqla videoqəbula yazıla bilərlər.
“Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir”, – deyə xəbərdə qeyd edilir.