Press "Enter" to skip to content

Prezident Zəngilan şəhərinin Baş planının hazırlanması üçün Sərəncam imzaladı

Bayraqdar.info – Prezident İlham Əliyev oktyabrın 20-də “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Məlumatı oktyabrın 20-də Prezidentin Mətbuat xidməti yayıb.

“Sərəncama əsasən, Zəngilan şəhərinin Baş planının hazırlanması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılıb”, – deyə məlumatda belə deyilir.

Mission News Theme by Compete Themes.