Press "Enter" to skip to content

Milli Kitabxanada “Zəngilan – İşğaldan azad olundu” adlı sərgi açılıb

Bayraqdar.info – Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür. Keçən il Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan rayonu tam olaraq erməni işğalından azad olundu.

“Zəngilan Azərbaycanın cənub-qərbində Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir.

Bu tarixi gün münasibətilə Azərbaycan Milli Kitabxanasında “Zəngilan – İşğaldan azad olundu” adlı virtual sərgi açılıb.”

Bu barədə bayraqdar.info-ya oktyabrın 20-də Milli Kitabxanadan bildirilib.

Virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.

Mission News Theme by Compete Themes.