Bayraqdar.info – Oktyabrın 18-də Baş Prokurorluqda barələrində cinayət işi açılmış şantaşçı “jurnalist”lərin istintaq işi yekunıaşaraq məhkəməyə göndərilib.
Bu barədə xəbər bayrqdar.info-ya oktyabrın 18-də Baş Prokurorluqdan daxil olub.
Xəbərdə bildirilir ki, əməliyyat-istintaq tədbirləri zamanı məlum olub ki, Sənan Həsən oğlu Abdullayev “Youtube” sosial şəbəkəsində yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Əlabbas oğlu Atayevlə cinayət əlaqəsinə girib. 2021-ci ilin əvvəllərindən onlar qeyd olunan səhifədə Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yayacaqları ilə hədə-qorxu gəliblər. Həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə RİH-nin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb etmələrinə əsaslı şübhələr müəyyən edilib.
“S.Abdullayev İ.Atayevin qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
“İş üzrə əldə edilmiş sübutlar əsasında S.Abdullayev və İ.Atayevə CM-nin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib. Onların barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib”, – deyə xəbərdə bildirilir.