Son yeniləmə: 19 Oktyabr 2021 09:58
Bayraqdar.info – Oktyabrın 17-də Xaçmaz MKS-də rayonda yaşayan yazar-şair Nəzər Mirzəyevin çapdan yeni çıxmış “Ömür… Oyun… Düşüncələr…” adlı kitabının təqdimatı keçirilib. Bununla bağlı Füzuli Baratovun hazırladığı yazını təqdim edirik:
Oktyabrın 17-də Xaçmaz rayon MKS-in oxuculara xidmət şöbəsinin zalında “Ulduzlar” ədəbi məclisinin növbəti məşğələsi keçirildi. Məclisin sədri, müəllim-şair Fərzalı Ziyanur məclisi açıq elan etdikdən, qonaqları və məclis üzvlərini salamladıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bu gün həm də məclis üzvü, şair, yazıçı Nəzər Mirzəyevin bu yaxında çapdan çıxmış “Ömür… Oyun… Düşüncələr…” adlı ilk kitabının təqdimatı keçirildi. Kitab haqqında məclis üzvlərinə və qonaqlara məlumat verildi. Məclisdə iştirak edən kitabın ön söz müəllifi, bütün türk dünyasında tanınmış şair Ramiz Qusarçaylı iştirakçıları salamladıqdan sonra regiondakı ədəbi mühitin uğurlarından və müəyyən problemlərindən danışdı, Nəzər Mirzəyevin kitabına ön söz yazmasından qürur duyduğunu bildirdi.
Qonaqlardan Azərbaycan-Türkiyə ədəbi mühitində tanınmış şairə Nazilə Gültac bu bölgənin şair və yazıçılarının uğurlarını izlədiyini bildirdi və onlara yeni yaradıcılıq uğurları arzuladı.
Səbəbkar Nəzər Mirzəyevin həyat yoldaşı Sevda xanım müəllimlərini, qonaqları və şairləri salamladıqdan sonra poeziya vurğunlarına Nəzərin ilk sevgi şeirləri ilə bağlı xatirələrindən danışdı.
Xaçmazdakı Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova rayonun Mədəniyyət işçiləri adından şair Nəzər Mirzəyevi təbrik etdi və ona yeni yaradıcılıq uğurları arzuladı.
Nəzər Mirzəyevə və onun həyat yoldaşına orta məktəbdə dərs demiş Tahirə Salmanova keçmiş şagirdinin məktəb həyatı ilə bağlı xatirələrindən danışdı və belə bir yetirməsi ilə fəxr etdiyini bildirdi.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Qarabağa işgüzar səyahəti bağlı xatirələrini, ordumuzun qələbəsindən sonra bütün ərazilərimizi gəzmək imkanı olmasından və xarabalığa dönmüş ərazilərimizdəki müasir tələblərə cavab verən yolların, hava limanlarının, dövlət və yaşayış binalarının tikintisindən qürur duyduğunu bildirdi və sonda Nəzərin yaradıcılığına münasibəti haqqında danışdı, ona yeni yaradıcılıq uğurları dilədi.
Hülövlü kənd orta məktəbində Nəzərə dərs demiş müəllim Vilayət Əsgərov onun haqqında xoş xatirələrini söylədi.
Daha sonra Qubadakı “Gülüstan” elmi-ədəbi məclisinin sədri, AYB və AJB-nin üzvü, “Araz” media mükafatı laureatı, şair-publisist Şıxəmməd Seyidməmmədov, şair və yazıçılardan AYB-nin üzvü Məmməd Qədir, şair-publisist Pirəli Rüklü, şair-pedaqoq Mövlud Ağəmməd, AYB və AJB-nin üzvü, şair-pedaqoq Mehrəli Qulu, şairə Emfira Ərkli, AYB və AJB-nin üzvü Qızbəs Oruc, şair-pedaqoq Sabir Nemət, “Ömür… Oyun… Düşüncələr…” kitabının redaktoru, şair Böyükağa Ağa, şair Səxavət Seyidməmmədov, şair Səyyad Sərraf, qəzəlxan Mövlan Şahid, şair Pənah Elqəm və AJB-nin üzvü, yazıçı Məhərrəm Mustafa, AJB-nin üzvü Füzuli Baratov Nəzər Mirzəyevi təbbrik etdilər və yeni yaradıcılıq uğurları arzuladılar.
Məclisin fəxri üzvü, fəal oxucusu Tahir Musayev sonda çıxış edərək söylənilən yaradıcılıq nümunələrinə öz münasibətini və iradlarını bildirdi, məclis üzvlərinə yeni yaradıcılıq uğurları arzuladı.