Bayraqdar.info – Tatarıstan və Türkiyə müəssisələri arasındakı fəallığın təsdiqi iki respublikanın xarici ticarət dövriyyəsində də özünü göstərir.
Tatar-İnform-un xəbərinə görə, bu sahədə işbirliyi 2020-ci ildə 361 milyon ABŞ dolları həcmində əmtəə mübadiləsində özünü göstərib. Bunu Tatarıstan Respublikası sənaye və ticarət nazirinin müavini Rodion Karpov Türkiyənin “Caran Kimya” şirkətinin baş direktoru Birol Caranla görüşdə bildirib.
O da qeyd edilib ki, 2021-ci ilin ilk yarısında Türkiyə ilə Tatarıstan arasındakı əmtəə mübadiləsi 220 milyon dolları keçib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,3 faiz artım deməkdir. Bu rəqəmləri adı keçən Nazirliyin Mətbuat xidməti dəqiqləşdirib.
Xəbərdə deyilir ki, “Caran Kimya”nın Tatarıstana səfəri çərçivəsində ticari və iqtisadi işbirliyinin genişləndirilməsi müzakirə edilib.
R.Karpov görüş zamanı qeyd edib ki, onun ölkəsi “Türkiyə ilə əlaqələrin inkişafına həmişə böyük önəm verib”.
Tatar-İnform qeyd edir ki, hazırda Türkiyə ilə Tatarıstanın “Kamaz”, “Tatneft”, “TAİF” kimi sənaye nəhəngləri işbirliyi edir.