Press "Enter" to skip to content

Təhsil naziri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb

Bayraqdar.info – Oktyabrın 19-da təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Bu barədə məlumat bayraqdar.info-ya oktyabrın 19-da Təhsil Nazirliyindən verilib.

Məlumatda deyilir ki, görüşdə Nazirlik ilə BMT-nin ölkəmizdəki Nümayəndəliyi arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.