Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli tamaşa nümayiş olunub.
Tamaşa Xalq artisti Nurəddin Mehdixanlının 65 illiyinə həsr edilib.
Xəbər bayraqdar.info-ya oktyabrın 19-da Teatrdan verilib.
“Səhnə əsərinin nümayişindən əvvəl Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova mədəniyyət naziri Anar Kərimovun, Teatrın direktor müavini Hacıbaba Məmmədov teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun Nurəddin Mehdixanlıya ünvanladığı təbrik məktubunu oxuyub.
“Qeyd olunub ki, N. Mehdixanlı yaratdığı obrazlarla tamaşaçı qəlbini fəth edib. O, Akademik Dram Teatrın səhnəsində bir-birindən maraqlı obrazlar qalereyası yaradıb. N.Mehdixanlının sənəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, bir sıra mükafatlarla təltif edilib.
“Nümayişdən sonra N.Mehdixanlı diqqət üçün Nazirliyin və Teatrın rəhbərliyinə təşəkkür edib.
“Xalq artisti Azər Paşa Nemətovun quruluşçu rejissoru olduğu tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib”, – deyə xəbərdə bildirilir.