Press "Enter" to skip to content

Dövlət Sərhəd Xidməti məktəbinin 10-cu ildönümü

Bayraqdar.info – Oktyabrın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 19-da DSX-nın Mətbuat xidmətindən xəbər verilib.

Tədbirdə DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

“Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ildə qurularaq istifadəyə verilmiş Xüsusi Məktəbin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, bilikli, savadlı sərhədçi kadrların yetişdirilməsində əhəmiyyətli rolu qeyd olunub.

“Mərasimdə tədrisdə göstərdikləri yüksək nəticələrə görə məktəbin pedaqoji heyəti və kursantları təltif olunub. DSX-nin mədəniyyət mərkəzinin musiqi kollektivləri tərəfindən kursantlar üçün konsert proqramı təşkil edilib.

“Tədbirin sonunda Xüsusi Məktəbin kollektivi ilə xatirə şəkli çəkdirilib.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.