Bayraqdar.info – Azərbaycanla İran arasındakı gərginlik xaricdə də diqqətlə izlənilir. Elə Türkiyənin paytaxtında keçiriləcək konfrans da bu mövzuya həsr olunacaq.
Təşkilatçılardan bayraqdar.info-ya verilən məlumata görə, oktyabrın 23-də Ankarada “Azərbaycan-İran gərginliyi və Türkiyənin mövqeyi” mövzusunda konfrans keçiriləcək. Konfrans Hürtürk Platformu, Azərbaycan Milli Dirəniş Təşkilatı, Sahipqıran Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə King Oteldə baş tutacaq.
Məlumatda o da qeyd edilir ki, konfransda Məsut Emre (SASAM başqanı), Məcid Araz (AMDT) və Bekir Ali Yükselin mövzu ilə bağlı məruzələri dinləniləcək.