Press "Enter" to skip to content

Yenə də xəstəxana direktoru, yenə də rüşvət…

Bayraqdar.info – “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin keçmiş direktoru Fövzi Tahirovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Məlumat bayraqdar.info-ya oktyabrın 18-də Baş Prokurorluqdan daxil olub.

Məlumatda bildirilir ki, F.Tahirov direktor işləyərkən Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini də həyata keçirib. O, 2019-2020-ci illər ərzində əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə xəstələrin sənədlərini müəyyən qurumlara göndərmək üçün hər bir şəxsdən 5 yüz – 2 min manat olmaqla rüşvət almasına şübhələr yaranıb. Sabiq direktorun ümumilikdə 24 şəxsdən 28 min 400 manat məbləğində pul almasına dair məlumatlar Prokurorluğa daxil olub.

“Bundan başqa, istintaq zamanı F.Tahirovun işə qəbul olunmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərin qeyd olunan xəstəxanada işlə təmin olunması müqabilində 3 min manat pul vəsaitini xidməti otağında təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

“İş üzrə toplanmış sübutlar əsasında F.Tahirova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.