Bayraqdar.info – Türkiyənin tanınmış müğənnilərindən olan Meltem Erensoylu Bakıda konsert verməyi planlaşdırır. Bu barədə bayraqdar.info-ya müğənniyə yaxın mənbələrdən bildirilib.
Qeyd edilib ki, bu ilin sonu və gələn ilin əvvəlləri üçün xarici qastrol və daxili konsert proqramı sıx olan müğənni bununla belə, Azərbaycana gəlməkdə, öz heyranlarına gözəl bir proqram təqdim etməkdə qərarlıdır. Məlumat üçün bildirək ki, dünyanın bir çox yerlərində səhnəyə çıxan müğənninin xaricdəki son konserti bu ilin avqustunda KKTC-də baş tutub.
Qeyd edək ki, 1980-ci ildə anadan olan Meltem Erensoylunun uşaqlıqdan musiqiyə həvəsi onu səhnəyə gətirib. Türkiyənin tanınmış musiqi müəllimləri, həmçinin dahi musiqiçilərindən musiqi dərsi alan M.Erensoylu qısa zaman ərzində musiqisevərlərin sevgisini əldə edib.
O, Müslüm Gürsesin “İyi Olacak” albomunda yer alıb. Daha sonra Ferdi Tayfurun “Türk Müziği” albomunda yer alıb. M.Erensoylu 1998-ci ildə F.Tayfurdan albom təklifi alıb və 2001-ci ildə “‘Olanlar Oldu” adlı həmin albom musiqisevərlərə təqdim olunub.
Onun 2019-cu ildə təqdim etdiyi “Hey Ya” mahnısı isə xüsusilə böyük rəğbət qazanıb.
Ötən il isə tanınmış müğənni Mustafa Ceceli ilə birgə Fərdi Tayfurun “Sevda yelləri” adlı müsiqisini yeni aranjimanda təqdim edib.