Press "Enter" to skip to content

Terrorçulara yaxınlığı ilə tanınan şəxs Qərbi Azərbaycan valisi oldu

Bayraqdar.info – İranın mövcud rejimi azərbaycanlılara qarşı basqı və təzyiq siyasətini davam etdirir. Görünən odur ki, rejim bu məqsədlə hətta terrorçulara yaxınlığı ilə tanınan şəxslərlə də əməkdaşlıq edir. Bu günlərdə baş verənlər bunu bir daha təsdiqləyir.

ArazNews-un məlumatına görə, İranın yerli mediasında Mohammed Sadiq Motemadianın Qərbi Azərbaycan valisi təyin edildiyi bildirilib. Qeyd edilir ki, Güney Azərbaycan ictimaiyyəti, yerli rəsmilər və hətta İnqilab Keçikçiləri Korpusunun Güney Azərbaycandakı komandanları bu şəxsin təyinatına qarşı çıxıblar.

Məlumatda deyilir ki, bütün bunlara rəğmən terrorçu qruplaşmalarla əməkdaşlıq məsələsində xüsusi təcrübəsi olan, kürd əsilli bir valinin Qərbi Azərbaycana göndərilməsi İranın mövcud rejiminin hansı siyasət yürütdüyünə işıq salır. Yəni, bu onu göstərir ki, İran rejimi Qərbi Azərbaycanda mövcud coğrafi quruluşu dəyişdirmək və kürd tampon bölgəsi formalaşdırmaq üçün hərəkətə keçib. Yəni bu, artıq bir dövlət siyasəti halına gəlib.

Mission News Theme by Compete Themes.