Press "Enter" to skip to content

Şimali Karolinanın altı şəhərində “Azərbaycan Günü”

Bayraqdar.info – ABŞ-ın Şimali Karolina ştatının altı şəhərində “Azərbaycan Günü” elan edilib. Belə ki, ştatın Roli, Şarlotta, Durham, Keri, Fayetville və Apeks şəhərlərində 18 Oktyabr– Azərbaycanın dövlət müstəqilliyinin bərpasının30-cu ildönümü münasibətilə bəyannamələr qəbul edilib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 18-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Vurğulanıb ki, bəyannamələri Apeks şəhərinin meri Jak Jilber, Durham şəhər meri Stiv Sevel, Şarlotta şəhər meri Aleksandr Layles, Roli şəhər meri Meri-Ənn Bolduin, Keri şəhər meri Harold Veyinbrext imzalayıblar.  Bəyannamələrdə bildirilib ki, Amerika Birləşmiş Ştatları müasir Azərbaycan Respublikasının (Naxçıvan və Qarabağ bölgəsi daxil olmaqla) ərazi bütövlüyünü, dövlət suverenliyini və müstəqilliyini qeyd-şərtsiz dəstəkləyir.

Bəyannamələrdə həmçinin Amerika-Azərbaycan Dostluq TəşkilatınınŞimali Karolinada mədəni müxtəlifliyin zənginliyinə, iqtisadi rifahatöhfə verdiyi, son 30 il ərzində dünyada təxminən bir milyon soydaşımızın və Azərbaycan əsilli amerikalıların18 oktyabr tarixini Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd etdikləri, ulu babalarının Azərbaycanda və Cənubi Qafqaz regionunda azadlıq və demokratiyanın yayılmasında misilsiz xidmət göstərdiklərinə böyük ehtiramla yanaşdıqları nəzərə çatdırılıb.

Mission News Theme by Compete Themes.