Press "Enter" to skip to content

Prezident İlham Əliyev Türkiyəli naziri qəbul edib

Bayraqdar.info – Prezident İlham Əliyev oktyabrın 18-də Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilgini qəbul edib.

Məlumatı oktyabrın 18-də Prezidentin Mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, Vedat Bilgin Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib və onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

“Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub. Türkiyəli nazirin səfərinin ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

“Görüşdə digər sahələrdə olduğu kimi, sosial çalışma sahəsində də yaxşı iş birliyinin mövcud olduğu vurğulanıb. Bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub. Eyni zamanda, əmək bazarının tənzimlənməsi, Türkiyədə çalışan Azərbaycan vətəndaşlarının, Azərbaycanda çalışan Türkiyə vətəndaşlarının sosial müdafiəsi məsələlərinin müzakirəsinin də önəmi qeyd olunub”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.