Press "Enter" to skip to content

“Müəllimin cəbhə gündəliyi” layihəsinə başlanılır

Bayraqdar.info – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və AzEduAz Təhsil Portalı tərəfindən I Qarabağ və Vətən müharibələri iştirakçısı olmuş müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsinə başlanılır.

Bu barədə oktyabrın 18-də bayraqdar.info-ya BŞTİ-dən məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi Vətən yolunda hər cür fədakarlığa hazır olan, cəbhədə vətənpərvərlik dərsi keçməyi bacaran, I Qarabağ və Vətən müharibələrində iştirak etmiş müəllimləri geniş ictimaiyyətə tanıtmaqdan ibarətdir. Onlar həm də torpaqların etibarlı müdafiəsi üçün şagirdlərini vətənpərvər ruhda yetişdirməyi qarşısına məqsəd qoyan müəllimlərdir.

Layihə çərçivəsində I Qarabağ və Vətən müharibələrində iştirak etmiş müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışacaqlar.

Mission News Theme by Compete Themes.