Press "Enter" to skip to content

İlham Əliyev Qətər Dövlətinin Baş nazirinin müavinini qəbul edib

Son yeniləmə: 18 Oktyabr 2021 15:37

Bayraqdar.info – Prezident İlham Əliyev oktyabrın 18-də Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri, Qətər-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Məhəmməd bin Əbdülrəhman Al Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xəbər oktyabrın 18-də Prezidentin Mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, qonaq Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş edib.

“Görüşdə Azərbaycanla Qətər arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Taninin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirib. Eyni zamanda, Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın iclasının əhəmiyyətinə toxunularaq, iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyi vurğulanıb. Qarşılıqlı investisiya, eyni zamanda, üçüncü ölkələrə investisiya qoyuluşu üçün böyük potensialın olduğu qeyd edilib.

“Söhbət zamanı, həmçinin post-pandemiya dövründə turizm sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunub, – deyə xəbərdə bildirilib.

Mission News Theme by Compete Themes.