Press "Enter" to skip to content

Azərbaycanın Ermənistana qarşı iddiası Beynəlxalq Məhkəmədə dinləniləcək

Xarici İşlər Nazirliyi

Bayraqdar.info – Ötən il 44 günlük Vətən müharibəsində Azərbaycan qarşısında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan artıq beynəlxalq məhkəmələr önündə cavab verməlidir. Belə ki, Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, ölkəmiz  “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün əlaqədar instansiyalara müraciət edib.

Beləliklə bu gün Azərbaycan Respublikasının “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçiriləcək.

XİN-dən bayraqdar.info-ya verilən məlumata görə, dinləmələr bu gün yerli saatla 12.00-da canlı yayımlanacaq.

Mission News Theme by Compete Themes.