Bayraqdar.info – Oktyabrın 18-dən etibarən 40 saylı marşrut xətti (Günəşli qəsəbəsi – Sabunçu qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə bayraddar.info-ya Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.
Xəbərdə bildirilir ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə bir sıra ünvanlarda “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb. Bununla yanaşı, sərnişinlər istifadə etdikləri “BakıKart”ın balansını onlayn qaydada da artıra bilərlər.