Press "Enter" to skip to content

Ərdəbil valisi deyir ki, Azərbaycanla aramızı vururlar…

Bayraqdar.info – Ərdəbil (Güney Azərbaycan) valisi Seyid Hamid Amili oktyabrın 18-də İranın Azərbaycan Respublikasındakı səfiri Abbas Musəvi ilə görüşdükdən sonra mediaya açıqlama verib. O deyib ki, hazırda iki ölkə arasındakı münasibətlər əvvəlkindən daha möhkəmdir.

“Azad İran” Telegram kanalının xəbərinə görə, vali deyib: “İran xalqının, o cümlədən Ərdəbil əyalətinin əhalisinin uzun illərdən bəri Azərbaycan xalqı ilə dərin əlaqələri və qohumluq münasibətləri var və bu əlaqələr heç vaxt kəsilməyib, zəifləməyib”.

Amilinin sözlərinə görə, hər iki ölkənin müxtəlif sahələrdə, o cümlədən mədəni sahədə köklü əlaqələri həmişə olub və bu günə qədər hər hansı bir problem olmadan ölkələrimiz arasında qarşılıqlı gediş-gəlişlər həmişə mövcud olub.

Vali onu da deyib ki, əlaqələrimizə mane olan qüvvələr var.

Yeri gəlmişkən, S.H.Amilinin internetdə yayılmış müsahibəsi başqa maraqlı iddialarla da diqqət çəkir. Ən əsası isə, odur ki, bu adam 2-ci Qarabağ savaşında İranın Azərbaycana kömək etdiyi iddiasını səsləndirir.

Açığı, Ərdəbil valisi hər şey göz önündəykən nəyə görə belə danışır, anlamadıq. Çünki Azərbaycan Respublikasına qarşı qarayaxma kampaniyası aparan, 44 günlük Vətən savaşı günlərində işğalçı Ermənistana açıq dəstək verən – silah daşıyan İranın fars-molla hakimiyyəti deyilmiydi? Yəni bunu tək biz deyil, elə 40 milyonluq Güney Azərbaycanlı soydaşımız, həm də bütün dünya görmüşdü və görür axı. Belə olan halda əlaqələrimizə mane olan hansı kənar “qüvvə”dən danışmaq olar? Yaxud bununla kimin başını aldatmaq istəyir bu vali?

Mission News Theme by Compete Themes.