Press "Enter" to skip to content

Möhtəşəm “İşıq festivalı. Nizami Gəncəvi”dən görüntülər – FOTO/VİDEO

Son yeniləmə: 16 Oktyabr 2021 18:41

Bayraqdar.info – Oktyabrın 15-də axşam saat 19:30-da Milli Azərbaycan Ədəbiyyat Muzeyinin qarşısında toplaşan şəhər əhalisi və qonaqlar maraqlı 3D audiovizual proyeksiya formatında təşkil edilmiş “İşıq festivalı. Nizami Gəncəvi” audiovizual festivalına tamaşa etdilər.

Tamaşaçılar içərisində bayraqdar.info-nun əməkdaşı da vardı.

Xatırladaq ki, dahi şair və mütəfəkkir N.Gəncəvinin 880 illiyi çərçivəsində onun əsərlərinə həsr olunmuş miniatürlər əsasında hazırlanmış audiovizual festival oktyabrın 14-dən 16-na kimi davam edir.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Ədəbiyyat Muzeyinin fasadında xronometrajı altı dəqiqə olan 3 D proyektli “Xəmsə”nin motivləri üzrə çəkilmiş audiovizual görüntü tamaşaçılar tərəfindən olduqca böyük sevgi və alqışla qarşılandı.

Qeyd edək ki, oktyabrın 16-sı festivalın sonuncu günüdür. Axşam saat 19:30-da başlayan festival gecə saat 12:00-na kimi davam edir.

Mission News Theme by Compete Themes.