Press "Enter" to skip to content

Kuzey Kıbrısda erkən seçim rüzgarı

Ersin Tatar

Son yeniləmə: 16 Oktyabr 2021 16:29

Yaxud Ersin Tatarın qətiyyətli addımları bəzi gücləri narahat edir

Bayraqdar.info – “Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Konstitusiyasına uyğun olaraq prosesi ən yaxşı şəkildə idarə edəcəyəm.” Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar deyib.

KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, Ersin Tatar Məclis başqanı Önder Sennaroğlunu və Baş nazir Ersan Saneri qəbul edərək ölkədəki son durumu muzakirə edib. Görüşdən sonra mətbuata açıqlama verən E.Tatar Baş nazirin ona təqdim etdiyi istefa məktunu artıq KKTC Məclsinə göndərdiyini də vurğulayıb.

KKTC Cümhurbaşqanı həmçinin, Baş nazirin və kabinetin yeni hökumət qurulana qədər xidmətlərini davam etdirəcəklərini, artıq bununla bağlı müvafiq sənədin imzalandığını da bildirib. Dövlətin və hökumətlərin xalq qarşısında məsuliyyətlərinin olduğunu vurğulayan E.Tatar, Cümhuriyyət Məclisinin demokratik qaydalar çərçivəsində komitələrdə bəzi qanunlar üzərində işləməyə davam edə biləcəyini deyib.

Partiya liderləri ilə məsləhətləşərək və KKTC Konstitusiyasına uyğun olaraq bu prosesi ən yaxşı şəkildə həyata keçirəcəyini qeyd edən Cümhurbaşqanı erkən bir seçkinin artıq gündəmdə olduğunu xatırladıb. O, hökumətin istefasının erkən seçimin vaxtını daha da tezləşdirə biləcəyini deyib.

Hökumətin istefasına yol açan parlamentdəki yetərsay probleminə da toxunan E.Tatar bunu “süni problem” kimi dəyərləndirib: “İndi bu ölkəni yeni reallıqlara görə idarə etməliyik. Bəli, müxalifət müxalifətliyini edəcək, söyləyəcəyini söyləyəcək. Amma ümumi mənzərəyə baxanda görürəm ki, artıq Cümhuriyyət Məclisi 2018 -ci ilin yanvarında formalaşan iradəni əks etdirmir. Erkən bir seçki olacaq və yeni iradənin formalaşması ilə hökumət qurulacaq”.

Məlumat üçün bildirək ki, Baş nazir Ersan Saner bir neçə gün öncə mövcud UBP-DP-YDP hökumətinin istefası haqqında məktubu Cümhurbaşqanına təqdim edib. E.Tatarla görüşdən sonra açıqlama verən Baş nazir istefanın səbəbinə aydınlıq gətirib. E.Saner buna səbəb olaraq Məclis Genel Kurulunun yetərsay problemi səbəbilə bir müddətdir toplana bilməməsi və hökumət ortaqları ilə aralarında yaşanan fikir ayrılıqlarını göstərib.

Hökumət ortağı olan partiyaların öz daxillərində yaşanan problemlərə diqqət çəkən E.Saner “UBP bütün millət vəkilləri ilə Məclisdə yer alarkən, istər DP-nin öz millət vəkillərinin iclasa qatılmasını təmin edə bilməməsi, istərsə də YDP-də qurultayla bağlı problem səbəbindən bir millət vəkilinin partiyadan istefa etməsi bizə Məclis çoxluğunu formalaşdırmağa imkan vermir” deyib.

O, UBP olaraq erkən seçimə hazır olduqlarını da bəyan edib.

Zəruri qeyd: Böyük ehtimalla KKTC-də indiki halda hökumətin istefasına yol açan prosesdə hansısa xarici güclərin də rolu var. O mənada ki, görünür Cümhurbaşqanı Ersin Tatarın dövlətçi və millətçi mövqeyi, Türkiyə ilə yan-yana dayanan KKTC-nin milli suverenlikdən vaz keçməyəcəyini bəyan etməsi Kıbrısın tamamına sahiblənmək istəyən bəzi xarici gücləri başqa yollara əl atmağa vadar edib. Bu zaman da onlar uzun illər KKTC-də “sınaqdan keçirilmiş” hökumət böhranı kartını yenidən işə salmaq istəyirlər. Sadəcə UBP-nin daxilində hazırda birlik və həmrəylik hökm sürdüyü üçün proses bu dəfə hökumət ortağı olan digər partiyalarda yaradılan süni problem yolu ilə icra edilməyə çalışılır.

Əslində, KKTC Cümhurbaşqanı Ersin Tatarın hökumətin istefasına yol açan parlamentdəki yetərsay problemini də “süni problem” kimi dəyərləndirməsi diqqətdən yayınmamalıdır. Anlaşılan biriləri KKTC Cümhurbaşqanın qətiyyətli mövqeyindən narahatdır və süni problemlərlə ona mane olmağa çalışırlar. Amma bu cəhdlər əbəsdir. Heç şübhəsiz erkən seçimdə xalq hazırkı siyasətə dəstək olaraq UBP-ni təkbaşına iqtidar partiyası edəcək.

Mission News Theme by Compete Themes.