Press "Enter" to skip to content

İki dövlət arasında tərəfdaşlıq yüksələn xətlə inkişaf edir

Bayraqdar.info – “Bir millət, iki dövlət” amili, dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri onalrın verdikləri tapşırıqların icrası Türkiyə-Azərbaycan əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Hazırda iki dövlət arasında tərəfdaşlıq yüksələn xətlə inkişaf edir.

İqtisadiyyat Nazirliyindən oktyabrın 16-da bayraqdar.info-ya verilən məlumata görə, bu barədə nazir Mikayıl Cabbarovun Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı ilə görüşündə bildirilib.

İqtisadiyyat naziri qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir. Azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə türk şirkətlərinin fəallığı sevindiricidir və Azərbaycan-Türkiyə qardaşlığını bir daha nümayiş etdirir.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, aparılan islahatlar barədə ətraflı məlumat verilib. Həmçinin, azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensiala, zəngin təbii resurslara malik olduğu, biznes üçün geniş imkanlar vəd etdiyi bildirilib.

MÜSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi layihələrində Türkiyə şirkətlərinin fəal iştirakının qürurverici olduğunu, bunun iqtisadi əməkdaşlığa, biznesin dirçəlişinə, yeni müəssisələrin və iş yerlərinin açılmasına önəmli töhfə olacağını vurğulayıb. O, iş birliyinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə Türkiyənin biznes dairələrinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyəti, MUSIAD ilə əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.