Press "Enter" to skip to content

Azərbaycan və Türkiyədən İrana qadağa

Bayraqdar.info – Siyasi gərginlik səbəbindən İrandan Türkiyə və Azərbaycan Respublikasına xalça ixracatı tamamilə dayandırılıb.

“Azad İran” Telegram kanalı xəbər verir ki, bu barədə İranın İxracat Konfederasiyasının keçmiş sədri Rəzi Hacı Ağamiri məlumat verib.

Onun sözlərinə görə, Türkiyə İran xalçası idxal edən əsas ölkələrdən biridir. Lakin son dövrlər İranın Azərbaycan və Türkiyə ilə siyasi gərginliyi ucbatından rəsmi Ankara İrandan xalça idxalına qadağa qoyub.

R.H.Ağamiri qeyd edib ki, Azərbaycan İran xalçasının əsas alıcılarından olmasa da, bu ölkəyə də müəyyən miqdarda xalça ixrac edilirdi. Ancaq son siyasi proseslərdən sonra bu sahədə satış tamamilə sıfıra düşüb.

O, sonda bildirib ki, cari ilin ilk ayında (martın sonlarından iyunun sonlarınadək – red.) İranın ümumi xalça ixracatı 5 milyon dollar həcmində olub. Bu isə sıfıra bərabər deməkdir.

Mission News Theme by Compete Themes.