Press "Enter" to skip to content

İqtisadiyyat Nazirliyinin Telegram kanalının rusdilli versiyası

Bayraqdar.info – Sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verən İqtisadiyyat Nazirliyi Telegram platformasında fəaliyyətini daha da genişləndirir. Məlum olduğu kimi, Nazirliyin bu platformada Azərbaycan iqtisadiyyatı adlı kanalı mövcuddur və burada iqtisadiyyatla bağlı aktual xəbərlər paylaşılır. İndi isə həmin kanalın rus dilində Экономика Азербайджана versiyası fəaliyyətə başlayıb.

Bu barədə bayraddar.info-ya oktyabrın 15-də Nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan dilində yayımlanan “Azərbaycan iqtisadiyyatı” kanalında olduğu kimi, burada da İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti, ölkə iqtisadiyyatına dair məlumatlar, maarifləndirici və izahedici materiallar paylaşılacaq, eləcə də region və dünya iqtisadiyyatını əhatə edən əsas mövzular işıqlandırılacaq.

“Экономика Азербайджана” kanalına abunə olmaq üçün mobil telefonlara Telegram tətbiqindən və ya kompüterlərdə veb-versiyadan istifadə etmək lazımdır.

Mission News Theme by Compete Themes.