Press "Enter" to skip to content

Güney Azərbaycanda müəllimlərin etiraz aksiyaları genişlənir

Bayraqdar.info – Güney Azərbaycanın şəhərlərində müəllimlərin, təhsil işçilərinin və təqaüdə çıxmış təhsil sistemi əməkdaşlarının etiraz aksiyaları genişlənib.

Oktyabrın 14-də Təbriz, Culfa və Əərdəbil şəhərlərində təhsil idarələrinin qarşısına toplaşan müəllimlər və təqaüddə olan təhsil işçiləri təsnifatlaşdırma (sıralama) və əmək haqlarının uyğunlaşdırılması planının həyata keçirilməməsinə öz etirazlarını bildiriblər.

“Azad İran” Telegram kanalının verdiyi xəbərə görə, etirazçılar “Müəllim ayrıseçkilikdən bezib” kimi şüarlarla hüquqlarının pozulmasına etiraz ediblər. Onlar məsələnin həll olunması ilə bağlı İran hökuməti və Təhsil Nazirliyi tərəfindən verilən vədlərin yerinə yetirilməməsindən narazılıq ediblər.

Mission News Theme by Compete Themes.