Bayraqdar.info – Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər və DOST Agentliyinin birgə təşkilatçılığı ilə “DİM DOSTu” təlim proqramı həyata keçirilib.
Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən bildirilib.
“4 günlük təlim proqramında DOST könüllülərə “Dünyamızın qlobal məqsədləri”, “Sosial bərabərsizlik”, “Ekoloji davamlı inkişaf” və “Yoxsulluq və onun təzahürləri” mövzularında Gənc Səfirlər tərəfindən təlimlər aparılıb. Təlim proqramı çərçivəsində müxtəlif qrup işləri və müzakirələr keçirilmiş və yekunda təlim proqramını uğurla başa vuran 60 layihə iştirakçısı sertifikatlar və müxtəlif hədiyyələrlə təltif ediliblər.
“Qeyd edək ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsü Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilir”, – deyə xəbərdə bildirilir.