Bayraqdar.info – Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin iştirakı, Türkiyənin Qırğızıstandakı səfirliyinin dəstəyi və Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə “5-ci Türk Filmləri Həftəsi – Bişkek” tədbiri oktyabrın 16-da öz işinə başlayır.
Türkiyənin Qırğızıstandakı səfirliyinin yaydığı məlumata görə, Həftəlik oktyabrın 20-dək davam edəcək.
Həftəliyin açılışı Bişkekdəki “Manas” kinoteatrında rejissor Mehmet Ada Öztekinin “7-ci kameradakı möcüzə” filmiylə baş tutacaq. Açılışa kino və media aləmindən bir çox məşhurların qatılacağı bildirilir.
“Qardaş ölkə Qırğızıstanla Türkiyə arasında kinonun gücünə söykənən bir körpü daha əlavə etməyi hədəfləyən Türk Filmləri Həftəsi usta rejissorların ödüllü əsərlərinin yanı sıra kinosevərlərin yüksək diqqəti ilə qarşılaşmış populyar kino filmləriylə geniş bir çərçivədə kino tamaşaçısının qarşısına çıxarkən hazırladığı seçimlə türk filmlərinə də “panoramik” bir baxış imkanı təqdim edəcək”, – deyə xəbərdə bildirilir.
Xəbərdə o da deyilir ki, Həftəlik ərzində “7-ci kameradakı möcüzə” ilə yanaşı “Pota”, “Mavzer”, “Aşkın ömrü” və “Rafadan Tayfa Göbeklitepe” (animasiya) filmləri tamaşaçılara ödənişsiz təqdim ediləcək.
Həftə çərçivəsində film sənətçiləri ilə sənətsevərlərin görüşləri də nəzərdə tutulub. Eyni zamanda Qırğızıstan Türkiyə Manas Universiteti tələbələrilə sənətçilərin görüşləri olacaq. Bundan başqa Türkiyədən gələn rejissor, aktyor və prodüserlərlə Qırğızıstan sənətçilərinin qarşılıqlı görüşləri və fikir mübadiləsi keçiriləcək.